Marneulidə həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı- VİDEO
Marneuli bələdiyyəsində baş verən insident zamanı bir nəfəri bıçaqlayan şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları 2001-ci il təvəllüdlü A.İ.-ni qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edərək saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində mübahisə zamanı soyuq silahdan istifadə edərək həmkəndlisi – 1998-ci il təvəllüdlü İ.K.-ya xəsarət yetirib və hadisə yerindən qaçıb.
Yaralı şəxs tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli hadisədən qısa müddət sonra saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


