İran Hörmüz boğazını yenidən bağladığını açıqlayıb
İran Hörmüz boğazının yenidən bağlandığını və keçidin məhdudlaşdırıldığını bəyan edib.
InterPress.ge xəbər verir ki, bu barədə Sky News İran dövlət televiziyasına istinadən məlumat yayıb.
Məlumata görə, İran dövlət televiziyası bildirib ki, boğaz “yenidən bağlanıb” və gəmilərin hərəkəti yalnız İranın icazəsi ilə mümkün olacaq.
Bundan əlavə, İran Silahlı Qüvvələri də rəsmi açıqlama yayaraq ABŞ tərəfindən dəniz blokadasının davam etdirilməsi səbəbindən Hörmüz boğazında “sərt nəzarət” rejiminin bərpa olunduğunu qeyd edib.
Açıqlamada vurğulanır ki, bu strateji əhəmiyyətli dəniz yolu hazırda tam şəkildə hərbi qüvvələrin nəzarəti altındadır və ABŞ İran gəmiləri üçün naviqasiya azadlığını bərpa etməyənə qədər vəziyyət dəyişməyəcək.


