Siğnaği rayonunda sahibsiz itə qarşı qəddar rəftar göstərməkdə təqsirləndirilən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Z.Ç. iti kəskin alətlə yaralayıb və hadisə yerindən qaçıb. Yaralanmış sahibsiz heyvan sığınacağa yerləşdirilib və ona müvafiq müalicə göstərilir.
Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində Z.Ç. təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə aparılır ki, bu da 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
