Həyat yoldaşının azyaşlı nəvələrinə qarşı cinsi zorakılıq edən şəxs saxlanıldı
Tbilisidə azyaşlılara qarşı zorakılıq və digər cinsi xarakterli hərəkətlərdə təqsirləndirilən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 1960-cı il təvəllüdlü Z.A. müəyyən müddət ərzində həyat yoldaşının azyaşlı nəvələrini zorlayıb və onlara qarşı digər cinsi xarakterli hərəkətlər edib. Bildirilir ki, bu əməllər sistematik xarakter daşıyıb.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Z.A. məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 137-ci və 138-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


