Marneulidə ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxs saxlanıldı
Marneuli bələdiyyəsində sağlamlığa qəsdən ağır zərər yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 1968-ci il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş A.S. məişət zəminində baş verən mübahisə zamanı soyuq silahdan istifadə edərək 1962-ci il təvəllüdlü A.S.-yə bədən xəsarətləri yetirib. Yaralı kişi tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs hadisədən qısa müddət sonra Marneuli ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


