Avropa Şurası İnsan Hüquqları üzrə komissarı Maykl O’Flaherti Gürcüstana səfər edib və bir sıra görüşlər keçirir.
Hazırda komissar vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşür.
InterPress.ge xəbər verir ki, görüşdə “Beynəlxalq Şəffaflıq – Gürcüstan”, Gənc Hüquqşünaslar Assosiasiyası, Jurnalist Etikası Xartiyası və digər təşkilatların nümayəndələri iştirak edirlər.
Səfər çərçivəsində komissarın Xalq Müdafiəçisi və hakimiyyət nümayəndələri ilə də görüşü planlaşdırılır.
Maykl O’Flaherti Tbilisiyə yola düşməzdən əvvəl X sosial şəbəkəsində yazıb ki, Gürcüstanda hökumət, hakimiyyət və vətəndaş cəmiyyəti ilə insan hüquqları ilə bağlı bir sıra mühüm məsələləri müzakirə etməyi planlaşdırır.
