13 
Apr
2026
14:03
151

Avropa Şurasının komissarı: Ermənistan anti-diskriminasiya qanunvericiliyini qəbul etməlidir

Avropa Şurasının insan hüquqları üzrə komissarı Ermənistanı bu istiqamətdə addım atmağa çağırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maykl O’Flaherti sosial şəbəkə X-də yazıb.

Məlumata görə, komissar Ermənistan hökumətinə göndərdiyi məktubda beynəlxalq standartlara uyğun, cəmiyyətin müxtəlif təbəqələrinin ehtiyaclarını qarşılayan güclü anti-diskriminasiya qanunvericiliyinin hazırlanmasının vacibliyini vurğulayıb. Bu prosesin vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa Şurası ilə məsləhətləşmələr əsasında həyata keçirilməsi tövsiyə olunub.

Qeyd edilib ki, yeni qanunvericilik çərçivəsində insan hüquqları müdafiəçisinə aydın mandat və kifayət qədər resurs verilməli, diskriminasiya ilə effektiv mübarizə mexanizmləri formalaşdırılmalıdır. Bununla yanaşı, LGBT şəxslərin hüquqlarının qorunması, nifrət nitqinə qarşı mübarizə və təşkilatların bu sahədə hüquqi proseslərə qoşulması kimi məsələlərin də əks olunması vacib hesab olunur.

Bizimlə əlaqə saxlayın