İran: ABŞ və İsrailin hava zərbələri nəticəsində 3 300-dən çox insan ölüb
İran hakimiyyəti ölkədə həyata keçirilən hava zərbələri nəticəsində ölənlərin sayının 3 300-ü keçdiyini açıqlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, İranın məhkəmə sisteminə tabe olan Məhkəmə-Tibbi Ekspertiza Təşkilatının yenilənmiş statistikası əsasında 3 375 nəfərin meyiti identifikasiya olunub.
Rəsmi məlumatda bildirilir ki, ölənlərin 2 875-i kişi, 496-sı isə qadındır. Ən çox itki Tehran, Hormozqan və İsfahan bölgələrində qeydə alınıb.
Təşkilatın məlumatına əsasən, ölənlər arasında yüzlərlə uşaq da var. Onlardan 7-si bir yaşdan kiçik körpə, 255-i 1-12 yaş arası uşaqlar, 121-i isə 13-18 yaş arası yeniyetmələrdir.
Həmçinin bildirilir ki, həlak olanlar arasında Əfqanıstan, Suriya, Türkiyə, Pakistan, Çin, İraq və Livan vətəndaşları da var.


