Aİ XİN rəhbərləri Gürcüstandakı vəziyyəti müzakirə edəcək
21 aprel tarixində Avropa İttifaqının xarici işlər nazirləri keçiriləcək iclasda digər məsələlərlə yanaşı, Gürcüstandakı mövcud vəziyyəti də müzakirə edəcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirlərinin iclasının gündəliyində qeyd olunub.
Məlumata əsasən, nazirlər Cənubi Qafqaz regionu ilə bağlı fikir mübadiləsi aparacaqlar. Müzakirələr zamanı əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinə, eləcə də İrəvanda keçirilməsi planlaşdırılan “Avropa Siyasi Birliyi” sammitinə və Gürcüstandakı vəziyyətə yönəldiləcək.
Bundan əlavə, iclas çərçivəsində Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü, Yaxın Şərqdəki vəziyyət və Sudan məsələsi də gündəmdə olacaq.
Qeyd edək ki, bu müzakirələr regiondakı siyasi proseslər fonunda mühüm əhəmiyyət daşıyır.


