Marneulidə qəsdən adam öldürməyə cəhd: bir nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli polis departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, saxlanılan şəxs 2001-ci il təvəllüdlü R.A.-dır.
İstintaqla müəyyən edilib ki, hadisə Marneuli bələdiyyəsində baş verib. Mübahisə zəminində təqsirləndirilən şəxs 1970-ci il təvəllüdlü R.X.-ya soyuq silahla müxtəlif xəsarətlər yetirib.
Yaralanan şəxs tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs hadisə yerindəcə “isti izlərlə” saxlanılıb. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


