Araqçi: ABŞ seçim etməlidir – atəşkəs ya da İsrail vasitəsilə müharibə
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ı seçim qarşısında qoyub.
InterPress.ge xəbər verir ki, Araqçi sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, ABŞ eyni zamanda həm atəşkəsə sadiq qala, həm də İsrail vasitəsilə müharibəni davam etdirə bilməz.
Onun sözlərinə görə, İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşmasının şərtləri aydındır və alternativsizdir.
“ABŞ seçim etməlidir – ya atəşkəs, ya da İsrail vasitəsilə müharibənin davamı. Hər ikisi eyni anda mümkün deyil. Top ABŞ-ın meydançasındadır”, – deyə Araqçi vurğulayıb.
Nazir əlavə edib ki, beynəlxalq ictimaiyyət Livanda baş verən hadisələri izləyir və bu vəziyyəti “kütləvi qırğın” kimi qiymətləndirib.
Araqçi qeyd edib ki, indi əsas məsələ ABŞ-ın üzərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməyəcəyidir.


