Hökumətin qərarı ilə bu qaydanın qüvvəyə minməsi təxirə salındı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze plastik butulkalarda içkilərin istehsalı, idxalı və bazara çıxarılması ilə bağlı tənzimləmələrin tətbiqinin təxirə salındığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, Kobaxidze hökumət iclasında bildirib ki, qərara əsasən, sözügedən qaydaların tətbiqi 4 il müddətinə – 1 fevral 2031-ci ilədək ertələnib.
Onun sözlərinə görə, bu qərar biznes sektoru ilə aparılan məsləhətləşmələr nəticəsində qəbul olunub.
Baş nazir qeyd edib ki, plastik istifadəsi həm insan sağlamlığına, həm də ətraf mühitə zərər vurur və bu istiqamətdə artıq müəyyən addımlar atılıb.
Bununla yanaşı, o vurğulayıb ki, qərar qəbul edilərkən biznes maraqları və tənzimləmələrin istehlak qiymətlərinə mümkün təsiri də nəzərə alınıb.
Kobaxidze əlavə edib ki, plastik istifadəsinin azaldılması istiqamətində proses mərhələli şəkildə davam etdiriləcək.


