08 
Apr
2026
11:59
298

Gürcüstanda 9 Qazaxıstan vətəndaşı adam oğurluğuna görə saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən qrup halında azadlıqdan qanunsuz məhrum etmə ittihamı ilə Qazaxıstan Respublikasının 9 vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən plan hazırlayaraq 2004-cü il təvəllüdlü Qazaxıstan vətəndaşı D.A.-nı qanunsuz olaraq azadlıqdan məhrum edib, ona fiziki zorakılıq tətbiq ediblər və 30 min ABŞ dolları tələb ediblər.

Məlumata görə, tələb olunan məbləğ ödənilmədiyi təqdirdə zərərçəkən şəxsi öldürməklə hədələyiblər.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bütün 9 nəfər cinayətdən qısa müddət sonra saxlanılıb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır ki, bu da 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın