06 
Apr
2026
15:24
136

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib

Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, Mehriban Əliyevanı muzeydə Tamar Baqrationi, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze, nazir müavini Giorgi Mirtxulava və muzeyin direktoru Leyla Əliyeva qarşılayıblar.

Ziyarət zamanı qonaqlar muzeyin tarixi ilə tanış olub, həmçinin ekspozisiya zallarını və Axundov Mədəniyyət Mərkəzini gəziblər. Burada müxtəlif görüşlər, sərgilər və mədəni tədbirlər keçirilir.

Qeyd olunub ki, muzey 1982-ci ildə görkəmli Azərbaycan dramaturqu və ictimai xadimi Mirzə Fətəli Axundovun 170 illiyi münasibətilə, onun yaşadığı binada yaradılıb.

Bildirilib ki, Mirzə Fətəli Axundovun fəaliyyəti Gürcüstanla sıx bağlı olub və bu muzey Azərbaycan ilə Gürcüstan arasında mühüm mədəni körpü rolunu oynayır.

Bizimlə əlaqə saxlayın