06 
Apr
2026
10:10
128

İlham Əliyev dövlət səfəri ilə Gürcüstana gəlib

Azərbaycan Prezidenti İlham Əliyev dövlət səfəri ilə Gürcüstana gəlib.

InterPress.ge xəbər verir ki, İlham Əliyevin rəsmi qarşılanma mərasimi Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında keçirilib.

Azərbaycan Prezidentini hava limanında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Dövlət səfəri çərçivəsində İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri planlaşdırılır.

Gürcüstan Prezidentinin sarayında rəsmi qarşılanma mərasimi keçiriləcək, daha sonra Mixeil Kavelaşvili ilə İlham Əliyev arasında təkbətək görüş baş tutacaq.

Azərbaycan Prezidentini hökumət administrasiyasında Gürcüstanın Baş naziri qəbul edəcək. Liderlər arasında həm təkbətək, həm də geniş tərkibli görüşlər keçiriləcək və yekunda birgə mətbuat bəyanatları səsləndiriləcək.

Səfər çərçivəsində İlham Əliyev Tbilisidə Qəhrəmanlar meydanında yerləşən memorialı ziyarət edəcək, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edəcək.

Bizimlə əlaqə saxlayın