İranın Gürcüstandakı səfiri XİN-də görüş keçirib
Gürcüstanda İranın səfiri Seyed Ali Moujani Gürcüstan Xarici İşlər Nazirliyində görüş keçirdiyini bildirib.
InterPress.ge xəbər verir ki, səfir bu barədə Facebook hesabında 1 aprel tarixində paylaşım edib.
Onun sözlərinə görə, görüş zamanı konstruktiv müzakirə aparılıb.
Seyed Ali Moujani bildirib ki, əvvəlcə Gürcüstan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, daha sonra isə son hadisələrin analizi və mülki infrastruktura qarşı hücumların nəticələrinin müzakirəsi məqsədilə görüş keçirib.
“Fars körfəzi regionundakı vəziyyət, enerji sektorunun gələcəyi, iki xalq və iki ölkə arasında minilliklərə dayanan dostluq münasibətləri ilə bağlı mühüm məsələlər ətrafında konstruktiv dialoq baş tutdu”, – deyə səfir qeyd edib.
O vurğulayıb ki, İran təzyiq altında tələsik qərarlar vermir, əksinə daxili sabitliyə və strateji imkanlarına əsaslanır.
Səfir əlavə edib ki, mediada yayılan bəzi şərhlərdən fərqli olaraq, İranın müdafiə siyasəti effektivdir və bir aylıq dövrdən sonra bunun nəticələri aydın görünür. Onun sözlərinə görə, ABŞ-ın istifadə etdiyi hərbi bazalara malik bəzi ölkələr artıq öz mövqelərini yenidən nəzərdən keçirməyə başlayıblar.
“Son illərin təcrübəsi göstərir ki, böyük güclərin müdaxilə siyasəti nə davamlı təhlükəsizlik yaradır, nə də iqtisadi sabitliyi təmin edir. Reallıq sadədir – regional təhlükəsizlik əməkdaşlıq və qarşılıqlı anlaşma nəticəsində formalaşır, bahalı xarici rəqabətin genişlənməsi ilə deyil”, – deyə İran səfiri bildirib.


