02 
Apr
2026
11:44
473

2026-cı il üzrə imtahanlara qeydiyyat 6 apreldə başlayır

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2026-cı il üzrə vahid milli və ümumi magistratura imtahanları üçün qeydiyyatın 6 aprel saat 10:00-da başlayacağını açıqlayıb.

InterPress.ge xəbər verir ki, mərkəzin yaydığı məlumata əsasən, abituriyentlər və magistratura namizədləri qeydiyyatdan elektron qaydada mərkəzin rəsmi saytında – online.naec.ge ünvanında 11 may saat 18:00-dək keçə bilərlər.

Bildirilib ki, abituriyentlər 6 aprel saat 10:00-dan 6 may saat 18:00-dək ən azı bir imtahan fənni üzrə ödənişi etməlidirlər ki, qeydiyyatı 11 may saat 18:00-dək tamamlaya bilsinlər. Bu müddət ərzində digər fənlərin seçilməsi və ödənişi, imtahan şəhərinin və təhsil proqramlarının seçilməsi və ya dəyişdirilməsi də mümkündür.

Məlumata görə, ali təhsil islahatı çərçivəsində dövlət universitetlərində bakalavr və magistr pillələrində, həmçinin dövlət peşə təhsili müəssisələrində təhsil dövlət tərəfindən tam maliyyələşdiriləcək.

Abituriyentlər istədikləri sayda təhsil proqramı seçə və prioritetlərini müəyyənləşdirə biləcəklər. Təhsil proqramlarının əlavə edilməsi, silinməsi və ya dəyişdirilməsi apellyasiya nəticələrinin elanından sonrakı gün saat 18:00-dək mümkün olacaq.

Qeyd olunub ki, mərkəz qeydiyyat başlamazdan əvvəl “Abituriyentlər üçün məlumat kitabçası”nı dərc edəcək. Bu sənəddə imtahan prosesi, qeydiyyat qaydaları, mərhələlər və digər vacib məlumatlar yer alacaq.

Mərkəz abituriyentləri qeydiyyat müddətlərinə və prosedurlara diqqətlə yanaşmağa və bütün mərhələləri müəyyən edilmiş vaxt çərçivəsində tamamlamaga çağırıb.

Bizimlə əlaqə saxlayın