04 
Okt
2020
21:22
363

Qaxaria: "Bu seçkilərdə hər hansı bir çətinliyə ehtiyacımız yoxdur, çünki..."

"31 oktyabr tarixinə təyin olunan seçkilər, elə bir şəkildə keçirilməlidir ki, heç kimin sual verməyə fürsəti qalmasın".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria qeyd edib.

Baş nazirin sözlərinə görə, hökumətin seçkilərdə hər hansı bir çətinliyə ehtiyacı yoxdur, hökumət ədalətli və şəffaf şəkildə qalib gələcək.

``Hamı anlayır ki, biz indi həm pandemiya ilə, həm iqtisadi böhranla, mübarizə aparırıq və eyni zamanda, seçkilər keçirməliyik. Biz bu seçkiləri elə keçirməliyik ki, heç kimin sual vermək fürsəti qalmasın. Bu seçkilərdə hər hansı bir çətinliyə ehtiyacımız yoxdur, çünki biz ədalətli, şəffaf şəkildə şəraitdə qalib gələcəyik. Buna görə də sakit bir şəkildə seçki məntəqələrinə gəlməli və layiq bildiklərimizə səs verməliyik", - dedi Qaxariya.

Bizimlə əlaqə saxlayın