01 
Apr
2026
20:39
625

Tbilisi aeroportuna ABŞ hərbi təyyarəsi enib – səbəb məlum deyil

Tbilisi Beynəlxalq Hava Limanına bu gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 Globemaster III tipli təyyarə eniş edib.

InterPress.ge xəbər verir ki, bu barədə Radio Free Europe/Radio Liberty Flightradar24 məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə yerli vaxtla təxminən saat 15:30-da Tbilisiyə enib, daha sonra isə 16:03-də yenidən havaya qalxaraq cənub istiqamətində uçuşunu davam etdirib.

Bildirilir ki, təyyarə Almaniyanın Ramştayn şəhərində yerləşən ABŞ hərbi aviabazasından havaya qalxıb. Flightradar24 sistemində onun son istiqaməti göstərilməsə də, məlumdur ki, hava gəmisi artıq Ermənistan hava məkanını keçərək Türkiyə ərazisinə daxil olub və bundan sonra radardan itib.

Hazırda təyyarənin Tbilisidə qısa müddətli dayanmasının səbəbi məlum deyil.

Qeyd edək ki, Boeing C-17 Globemaster III ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsində olan hərbi-nəqliyyat təyyarəsidir və əsasən hərbi texnikanın daşınması, şəxsi heyətin nəqli və humanitar yardım missiyalarında istifadə olunur.

 

 

(Mtavari)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər