Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Strasburqda Gürcüstanla bağlı hesabat müzakirə olunur

216
Strasburqda Gürcüstanla bağlı hesabat müzakirə olunur
Dinləmək üçün basın

Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyası çərçivəsində Gürcüstanla bağlı hesabat müzakirə olunur.

Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyası çərçivəsində Gürcüstanla bağlı hesabat müzakirə olunur.

InterPress.ge xəbər verir ki, sessiyanın gündəliyinə əsasən, 2025-ci il 24-25 sentyabr tarixlərində Gürcüstanda həyata keçirilmiş faktaraşdırıcı missiyanın hesabatı üzrə məruzəçi Stüart Dikson-un çıxışı dinləniləcək.

Sessiya çərçivəsində həmçinin dəyişikliklər, qətnamə layihəsi və tövsiyə layihəsi üzrə debatlar və səsvermə keçiriləcək.

Hesabatda qeyd olunur ki, Konqres Gürcüstan hakimiyyətini təcili şəkildə siyasi dialoqu bərpa etməyə çağırır. Sənəddə vurğulanır ki, inklüziv siyasi proses bütün maraqlı tərəflərin iştirakı ilə aparılmalı, siyasi qütbləşmə azaldılmalı və plüralist demokratiya üçün vacib olan balans mexanizmləri bərpa edilməlidir.

Bundan əlavə, hakimiyyətə Konqresin tövsiyələrinin və Venesiya Komissiyası rəylərinin icrası, real yerli demokratiyanın təmin edilməsi məqsədilə həyata keçirilməsi tövsiyə olunur.

Sənəddə həmçinin seçki qanunvericiliyi ilə bağlı dəyişikliklərin ləğvi və Mərkəzi Seçki Komissiyasının müstəqilliyinin təmin olunması üçün geniş islahatların aparılması çağırışı yer alıb.

Konqres Gürcüstan hakimiyyətini müxalifətin səsinin kriminallaşdırılması prosesini dayandırmağa, siyasi partiyaların qadağan olunmasına şərait yaradan dəyişiklikləri ləğv etməyə, gender kvotalarını bərpa etməyə və qadınların yerli siyasətdə iştirakını artırmağa çağırır.

Bununla yanaşı, seçkilərin müşahidəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Konqresin yerli seçkiləri müşahidə etmək üçün mütəmadi dəvət olunması tövsiyə edilir.

Hesabatda, eyni zamanda, insan hüquqlarını pozan qanunvericiliyin ləğvi, vətəndaş cəmiyyəti və media fəaliyyətinə mane olan addımlardan çəkinilməsi, eləcə də zorakılıq faktlarının – xüsusilə saxlanılan şəxslərə və etirazçılara qarşı halların – hərtərəfli araşdırılması və saxlanılan jurnalistlər və siyasi liderlərin azad edilməsi tövsiyə olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →