28 
Mar
2026
19:32
199

Macavariani: Patriarxa qarşı uğursuz olan qüvvələr indi Şionu hədəf alıb

Kilsəyə qarşı aparılan kampaniyanın bir hissəsi olaraq mitropolit Şionun diskreditasiyasına cəhd edilir.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentdə “Gürcü Arzusu” fraksiyasının sədr müavini Levan Maçavariani bildirib.

Onun sözlərinə görə, bu cəhdlər nəticə verməyəcək.

Maçavariani qeyd edib ki, əvvəl də Patriarxlığa və ruhani şəxslərə qarşı müxtəlif kampaniyalar aparılıb və bu proseslərdə beynəlxalq fondların dəstəyi iddia olunub.

“USAID, NED və Avropa İttifaqı fondları tərəfindən maliyyələşdirilən kampaniyalar olub, burada Patriarxlığa, ruhanilərə və patriarxa qarşı açıq təhqirlər səsləndirilirdi. Lakin bu qüvvələr gördü ki, söhbət milli kimlikdən və xüsusilə patriarxdan gedəndə xalq nə qədər birləşir”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, mitropolit Şio patriarx tərəfindən seçilmiş şəxs olduğu üçün indi onun nüfuzuna zərbə vurmağa çalışırlar.

“İndi Şionun diskreditasiyasına cəhd edirlər, amma necə ki, patriarxla bağlı məqsədlərinə çata bilmədilər, Şio ilə bağlı da uğur qazana bilməyəcəklər”, – deyə Maçavariani vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər