ABŞ Helsinki Komissiyası: “Gürcü arzusu” məhkəməni siyasi alət kimi istifadə edir”
ABŞ Helsinki Komissiyası Gürcüstanda məhkəmə sistemi ilə bağlı tənqidi bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, ABŞ Helsinki Komissiyası hakimiyyətin məhkəmədən siyasi məqsədlərlə istifadə etdiyini iddia edib.
“‘Gürcü arzusu’ məhkəməni öz hakimiyyətinə çağırış yaradan şəxsləri susdurmaq üçün alət kimi istifadə edir”, – deyə bəyanatda bildirilir.
Komissiya həmçinin qeyd edib ki, Elenə Xoştaria və digər müxalifət liderləri daha ağır ittihamlarla üzləşə bilərlər.
“‘Droa’ partiyasının lideri Elenə Xoştaria Tbilisi meri Kaxa Kaladzenin seçki bannerinə ‘Rusuli Oçneba’ yazdığı üçün ‘əmlaka ziyan vurma’ ittihamı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib”, – deyə məlumatda qeyd olunur.
Bəyanata əsasən, Xoştaria və digər müxalif siyasətçilər “dövlətə qarşı cinayətlər” ittihamı ilə 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə riski ilə üz-üzədir.
Komissiya bu prosesləri siyasi təzyiq və repressiya kimi qiymətləndirib.


