24 
Mar
2026
17:59
237

Salome Zurabişvili: Xoştariyaya çıxarılan hökm demokratiyaya “şok edici hücumdur”

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Droa” partiyasının liderlərindən biri Elene Xoştariyaya çıxarılan məhkəmə hökmünü kəskin tənqid edib.

InterPress.ge xəbər verir ki, Zurabişvili X sosial platformasında paylaşım edərək bu qərarı Gürcüstanda demokratiya və fundamental hüquqlara qarşı “şok edici hücum” kimi qiymətləndirib.

“Gürcüstanda siyasi repressiya: ‘Droa’ partiyasının lideri Elene Xoştariya, 6 aydır ilkin həbsdə saxlanılan siyasətçi, indi 18 ay həbs cəzasına məhkum edildi. Sadəcə banner üzərinə yazı yazdığı üçün.

Rejim ifadə azadlığını belə anlayır. Bu hökm Gürcüstanda demokratiya və fundamental hüquqlara qarşı növbəti şok edici hücumdur”, – deyə Zurabişvili qeyd edib.

Qeyd edək ki, Kaxa Kaladzenin seçki bannerinə ziyan vurmaqda təqsirləndirilən Elene Xoştariya məhkəmə tərəfindən günahkar bilinib. Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze qəbul edib.

Hökmə əsasən, Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəza müddətinin hesablanması nəzərə alınmaqla onun təxminən 1 ildən sonra azadlığa çıxacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər