Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Aqil Mustafayev: “Bütün siyasi məhbuslar azad olunmayınca sülh olmayacaq”

452
Aqil Mustafayev: “Bütün siyasi məhbuslar azad olunmayınca sülh olmayacaq”
Dinləmək üçün basın

“Güclü Gürcüstan – Lelo” partiyasının Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev partiyanın dialoqun başlanması ilə bağlı bəyanatını dəstəkləyərək bildirib ki, bu təşəbbüs Gürcüstan üçün düzgün və dövlətçilik…

“Güclü Gürcüstan – Lelo” partiyasının Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev partiyanın dialoqun başlanması ilə bağlı bəyanatını dəstəkləyərək bildirib ki, bu təşəbbüs Gürcüstan üçün düzgün və dövlətçilik baxımından strateji yanaşmadır.

InterPress.ge xəbər verir ki, Aqil Mustafayev bu barədə şəxsi “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, “Güclü Gürcüstan – Lelo” tərəfindən Gürcüstan cəmiyyətinə, siyasi partiyalara və hakimiyyətə dialoqun başlanmasının zəruriliyi ilə bağlı edilən çağırış ölkə üçün doğru, dövlətçilik baxımından məsuliyyətli və strateji baxışdır. O qeyd edib ki, Gürcüstanda yaranmış çıxılmaz vəziyyətə “Gürcü Arzusu” hakimiyyətinin apardığı siyasət səbəb olub.

Mustafayev bildirib ki, hakimiyyətin bu bəyanata verdiyi cavab və dialoqdan imtina etməsi ölkədə radikal qüvvənin kim olduğunu açıq şəkildə göstərir və eyni zamanda, kimin ölkədə vətəndaş sülhünü istəmədiyini ortaya qoyur.

Onun sözlərinə görə, qarşıdurma olmadan, seçkilər yolu ilə razılaşma əldə edilməsi və Gürcüstandakı ağır vəziyyətin yumşaldılması vacibdir. Aqil Mustafayev vurğulayıb ki, bütün siyasi məhbuslar azad olunmayınca ölkədə sülh mümkün olmayacaq və bu məsələni “Gürcü Arzusu” hakimiyyəti başa düşməlidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →