Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

İrakli Kobaxidze: Müxalifət əvvəl hakimiyyətin legitimliyini tanımalıdır, sonra dialoq mümkündür

257
İrakli Kobaxidze: Müxalifət əvvəl hakimiyyətin legitimliyini tanımalıdır, sonra dialoq mümkündür
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT Parlament Assambleyası nümayəndə heyətinin hakimiyyətlə müxalifət arasında dialoqa dair tövsiyəsinə münasibət bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT Parlament Assambleyası nümayəndə heyətinin hakimiyyətlə müxalifət arasında dialoqa dair tövsiyəsinə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Kobaxidze bəyan edib ki, müxalifət əvvəlcə Gürcüstan hakimiyyətinin legitimliyini və ölkə ərazisində yurisdiksiyasını tanımalıdır, bundan sonra bütün məsələlər barədə danışmaq mümkün olacaq.

Baş nazirin sözlərinə görə, Gürcüstanda elə siyasi qüvvələr var ki, onlar ölkə hakimiyyətinin legitimliyini bütün ərazidə tanımırlar və belə qüvvələrə qarşı hakimiyyət loyal ola bilməz.

Kobaxidze qeyd edib ki, doqquz müxalifət partiyası bəyanat yayımlayaraq “qeyri-legitim rejimin devrilməsindən” danışıb və bu cür mövqedə olan qüvvələrlə dialoq aparmaq çətindir.

“Əvvəlcə bu insanlar, radikal müxalifət nümayəndələri ölkədə hakimiyyətin legitimliyini və yurisdiksiyasını tanımalıdırlar. Dünyada bir neçə dövlət Gürcüstan hakimiyyətinin legitimliyini ölkə ərazisinin 20%-də tanımır. Lakin ölkə daxilində də elə siyasi qüvvələr var ki, hakimiyyətin legitimliyini və yurisdiksiyasını ölkə ərazisinin 100%-ində tanımırlar. Əlbəttə, biz belə siyasi qüvvələrə qarşı loyal ola bilmərik. Əvvəl legitimliyi və Gürcü xalqının seçdiyi hakimiyyətin yurisdiksiyasını tanısınlar, sonra hər şey barədə danışmaq olar”, – deyə Kobaxidze bildirib.

InterPress.ge-nin məlumatına görə, ATƏT Parlament Assambleyasının nümayəndə heyəti Gürcüstanda siyasi dialoqun olmamasının ölkədə sabitlik və problemlərin həlli üçün ciddi maneə olduğunu bəyan edib.

ATƏT Parlament Assambleyasının prezidenti bildirib ki, Gürcüstanda çox təsirli siyasətçilər var və onlar beynəlxalq tərəfdaşlarla fəal əlaqə saxlayırlar, lakin təəssüf ki, bir-biri ilə ünsiyyət qurmadıqlarını görmək onu təəccübləndirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →