14 
Mar
2026
17:38
235

GAİM-də rəhbərlik dəyişikliyi: Murad Muradov istefa verib, Məhəbbət İmanov icraçı direktor seçilib

Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzində (GAİM) rəhbərlik dəyişikliyi baş verib.

InterPress.ge xəbər verir ki, mərkəzin icraçı direktoru Murad Muradov vəzifəsindən istefa verib, onun yerinə isə Azərbaycan Evinin direktoru Məhəbbət İmanov seçilib.

GAİM-in idarə heyətinin səs çoxluğu ilə Məhəbbət İmanov mərkəzin yeni icraçı direktoru təyin olunub.

Məsələ ilə bağlı Murad Muradovla əlaqə saxlanılıb. O, artıq qurumdan ayrıldığını təsdiqləyib. Murad Muradov bildirib ki, fevral ayından etibarən GAİM-dən ayrılıb və fevralın 27-də idarə heyətinin bütün üzvlərinə elektron formada istefa ərizəsini təqdim edib.

Belə ki, Məhəbbət İmanov da idarə heyətinin qərarı ilə bu vəzifəyə seçildiyini təsdiqləyib və yaxın gələcəkdə yeni proqramlarla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini qeyd edib. O, həmçinin Azərbaycan Evinin direktoru vəzifəsində qalacağını və hər iki vəzifəni icra edəcəyini bildirib.

Xatırladaq ki, Murad Muradov 13 mart 2023-cü il tarixində Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinə icraçı direktor təyin edilmişdi.

Bizimlə əlaqə saxlayın