12 
Mar
2026
11:07
65

Tina Xidaşeli “Mülki İdea” təşkilatını Çexiyada qeydiyyatdan keçirib

Müxalifət liderlərindən biri Tina Xidaşelinin rəhbərlik etdiyi “Mülki İdea” qeyri-hökumət təşkilatı Çexiyada qeydiyyatdan keçirilib.

InterPress.ge xəbər verir ki, 2024-cü ilə aid assosiasiyanın nizamnaməsində təşkilatın hüquqi ünvanının Praqada yerləşdiyi qeyd olunur.

Nizamnamədə bildirilir ki, “Mülki İdea” demokratiya və hüququn aliliyi ideyalarını dəstəkləmək və yaymaq məqsədilə birləşmiş vətəndaşların könüllü, qeyri-hökumət və qeyri-kommersiya assosiasiyasıdır. Sənəddə xüsusilə vurğulanır ki, təşkilat avtoritar rejimdən demokratiyaya keçid edən ölkələrdə bu dəyərlərin təşviqi üzərində çalışacaq.

Təsisçilər arasında əldə olunan razılaşma protokolunda həm Tina Xidaşelinin, həm də David Usupaşvilinin imzaları qeyd olunub.

Qeyd olunur ki, bu, təsirli qeyri-hökumət təşkilatlarının qeydiyyat üçün xarici ölkələri seçdiyi ilk hal deyil. Gürcüstanda qüvvədə olan “Xarici təsirin şəffaflığı haqqında” qanun xarici maliyyə alan təşkilatların “xarici gücün maraqlarını daşıyan təşkilat” kimi qeydiyyatını və onların fəaliyyətinin şəffaflığını tənzimləyir.

Bizimlə əlaqə saxlayın