08 
Mar
2026
18:53
115

ABŞ senatoru Coş Hauli Sorosları zorakı etirazların maliyyələşdirilməsində ittiham edib

ABŞ senatoru Coş Hauli Corc və Aleks Sorosu ABŞ-da zorakı etiraz aksiyalarını “qara pul” vasitəsilə maliyyələşdirməkdə ittiham edib.

InterPress.ge xəbər verir ki, senator bu barədə Fox News telekanalına müsahibəsində, aparıcının Los-Ancelesdə baş verən iğtişaşlarla bağlı sualını cavablandırarkən bildirib.

Aparıcı etirazçıların əlinə qaz maskalarının necə düşdüyü və onların necə bu qədər tez paylandığı barədə soruşaraq, bunun Sorosla əlaqəli olub-olmadığını gündəmə gətirib.

Haulinin sözlərinə görə, Los-Ancelesdə başlayan iğtişaşlar əvvəlcədən planlaşdırılmışdı və o, bu proseslərin arxasında Corc və Aleks Sorosun dayandığını ehtimal edir.

Senator bildirib ki, bu etirazlar zorakılıq xarakteri daşıyır və buna görə də onların maliyyə mənbələri araşdırılmalı, zorakılıqda iştirak edən şəxslər isə cəzalandırılmalıdır.

“Biz məhz bunu araşdırmalıyıq. Mən deməyə hazıram ki, bunun böyük hissəsi Sorosdan gəlir. Çünki Soros ‘qara pul’ sxemini çox yaxşı mənimsəyib – vəsait müxtəlif təşkilatlar arasında elə şəkildə ötürülür ki, onun izini tapmaq çətin olur. Los-Ancelesdə başlayan və daha sonra digər şəhərlərə yayılmağa çalışılan iğtişaşlar əvvəlcədən planlaşdırılmışdı. Onların heç biri spontan deyildi. Bunu ona görə bilirik ki, hamısı eyni ssenari üzrə baş verirdi”, – deyə senator bildirib.

Hauli əlavə edib ki, oxşar proseslər son iki ildə universitet kampuslarında baş verən tələbə etirazlarında da müşahidə olunub.

Onun sözlərinə görə, ABŞ-da baş verən bu etirazların arxasında Demokrat Partiyası dayanır və bu proseslər Corc Soros tərəfindən maliyyələşdirilir.

“Problemin digər tərəfi odur ki, bu aksiyalar zorakı xarakter daşıyır. Son həftə ərzində bunu açıq şəkildə gördük. Pul axınını dayandırmalı, zorakılıqda iştirak edənləri cəzalandırmalı və ölkəni parçalamağa yönəlmiş cəhdlərin qarşısını almalıyıq”, – deyə senator qeyd edib.

Bizimlə əlaqə saxlayın