06 
Mar
2026
19:14
243

Almaniyanın Gürcüstandakı səfiri: Gürcüstan hakimiyyətinin addımları təəssüf doğurur

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Avropa Komissiyasının gürcü diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırması qərarına münasibət bildirib.

InterPress.ge xəbər  verir ki, bu barədə Diplomat sosial şəbəkədə yazıb.

O, yazıb ki, baş verənlər təəssüf doğurur və qayda pozuntularının nəticələri olur.

 

“Pozuntuların nəticələri olur. Biz istəyirik ki, adi pasport sahibləri olan gürcülər vizasız gediş-gəlişdən istifadə etməyə davam etsinlər. Siz bizim dostlarımızsınız və Avropa İttifaqında sizi qəbul etmək həmişə sevindirici olar. Siz hətta Aİ-nin üzvü də ola bilərsiniz. Bu isə sizin hakimiyyətdən asılıdır. Hazırda isə siz Avropa İttifaqından uzaqlaşırsınız”, – deyə Peter Fişer X sosial şəbəkəsində yazıb.

 

Qeyd edək ki, Avropa Komissiyasının gürcü diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırmaq barədə qərarı bu gündən qüvvəyə minib və 12 ay müddətində – 6 mart 2027-ci ilədək qüvvədə olacaq.

Bizimlə əlaqə saxlayın