BƏƏ Müdafiə Nazirliyi: Ölkə istiqamətində 186 raket və 812 dron buraxılıb
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bəyan edib ki, şənbə günündən etibarən – ABŞ, İsrail və İran arasında münaqişənin başlanmasından sonra – ölkə istiqamətində ümumilikdə 186 raket buraxılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə qurumunun sözçüsü, briqada generalı Əbdül Nasir Məhəmməd əl-Humeydi bildirib.
O bildirib ki, ölkə ərazisinə yalnız bir raket düşüb. Onun sözlərinə görə, BƏƏ-nin hava hücumundan müdafiə sistemi 172 raketi zərərsizləşdirib, 13 raket isə dənizə düşüb.
Rəsmi məlumatda qeyd olunur ki, hava hücumundan müdafiə qüvvələri BƏƏ istiqamətində buraxılmış 812 İran dronunu da aşkarlayıb. Onlardan 57-si ölkə ərazisinə düşüb, 755 dron isə zərərsizləşdirilib.
Bundan əlavə, BƏƏ-nin hava hücumundan müdafiə sistemi səkkiz qanadlı raketi məhv edib.
Müdafiə Nazirliyinin sözçüsünün məlumatına görə, münaqişənin başlanmasından bu günədək Birləşmiş Ərəb Əmirliklərində üç nəfər həlak olub. 68 nəfər yüngül xəsarət alıb, həmçinin mülki obyektlərə az və orta dərəcəli ziyan dəyib.


