03 
Mar
2026
22:22
133

ABŞ Yaxın Şərqdə iki səfirliyi bağlayıb

ABŞ Yaxın Şərqdə iki səfirliyini bağlayıb və bir neçə ölkədə konsulluq nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyi binasına, ehtimal ki, iki İran dronu ilə hücum edildikdən sonra bu gün bağlanıb.

ABŞ-ın Küveytdəki səfirliyi də “növbəti bildirişədək” fəaliyyətini dayandırıb.

Bununla yanaşı, ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarını ciddi təhlükəsizlik risklərinə görə regionun 14 ölkəsini dərhal tərk etməyə çağırıb.

ABŞ həmçinin İordaniya, Bəhreyn, Qətər, İraq və Birləşmiş Ərəb Əmirliklərindəki səfirliklərində kritik əhəmiyyətli vəzifə icra etməyən əməkdaşlara və onların ailə üzvlərinə həmin ölkələri dərhal tərk etməyi tövsiyə edib.

Bizimlə əlaqə saxlayın