28 
Fev
2026
21:31
340

Gürcüstanda yaşayan İran vətəndaşları səfirlik qarşısında aksiya keçiriblər

Gürcüstanda yaşayan İran vətəndaşları İranın Tbilisidəki səfirliyi qarşısında İran xalqına dəstək aksiyası keçiriblər.

InterPress.ge xəbər verir ki, məlumata görə, aksiya iştirakçıları İranda ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumları alqışlayıblar. Toplaşan şəxslər Amerika və İran bayraqları qaldırıblar, “Qələbə, qələbə” şüarları səsləndiriblər.

Xatırladaq ki, İsrail bu gün səhər saatlarında İrana qarşı preventiv zərbə endirib. Daha sonra ABŞ da bəyanat yayaraq İranda genişmiqyaslı hərbi əməliyyatın başladığını təsdiqləyib. İsrail və ABŞ-ın hücumlarına İran tərəfindən cavab zərbələri endirilib.

Eyni zamanda, İsrailin 12-ci kanalı İsrail zərbələri nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xameneinin həlak olduğunu iddia edib. İran tərəfi isə bu məlumatı təsdiqləməyib.

Reuters agentliyinin məlumatına görə, İsrailin hava zərbələri nəticəsində İranın müdafiə naziri Əziz Nasirzadə və İran İnqilab Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpurun da həlak olması ehtimal edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər