"Koronavirusdan ölən son 5 nəfərin 2-si Batumidə, 3-ü isə Kutaisidə müalicə alırdı".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze məlumat verib.
Nazirin sözlərinə görə, dünyasını dəyişənlərin yaşları 51-90 arasıdır.
"2 nəfər Batuminin, 3 nəfər Kutaisi xəstəxanasında koronavirusdan dünyasını dəyişib. Onların hər birində çoxsaylı xəstəliklər var idi. Onların yaş hədləri 51-90 arasıdır".
Məlumat üçün bildirək ki, son 24 saat ərzində Koronavirusa 453 nəfər yoluxub. 5 nəfər dünyasını dəyişib, 295 nəfər isə sağalıb.
