Gürcüstanın İctimai Yayımçısının Qəyyumlar Şurasının sədri Vasil Maqlaperidze “İmedi” və “POSTV” telekanallarına dəstəyini ifadə edib.
InterPress.ge xəbər verir ki, Maqlaperidze bu barədə sosial şəbəkədə paylaşım edib.
“Gürcüstanın bir vətəndaşı və İctimai Yayımçının Qəyyumlar Şurasının sədri kimi bacardığım qədər onların yanında olacağam və qeyd-şərtsiz ‘POSTV’ və ‘İmedi’ telekanallarına dəstək verəcəyəm!!! Üç nida işarəsi!
P.S. Bir söz də həm daxildəkilərə, həm də xaricdəkilərə aiddir – hədələriniz... özünüzə saxlayın, kimləri qorxutmusunuzsa, onları qorxudun!”, – deyə Vasil Maqlaperidze yazıb.
