24 
Fev
2026
21:06
183

Lentexinin sabiq meri və iki vəzifəli şəxs barəsində girov-qətimkan tədbiri seçilib

Vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə Lentexi bələdiyyəsinin sabiq meri Gia Oniani, eləcə də Memarlıq və Nəzarət xidmətlərinin rəhbərləri Nuqzar Tvildiani və Giorgi Qulbani barəsində Kutaisi Şəhər Məhkəməsi girov-qətimkan tədbiri seçib.

InterPress.ge xəbər verir ki,bu barədə Lentexinin sabiq meri Gia Onianinin vəkili Levan Maxaraşvili məlumat verib.

Vəkilin sözlərinə görə, Gia Oniani 18 000 lari məbləğində girov qarşılığında azadlığa buraxılacaq. Nuqzar Tvildiani üçün 12 000 lari, Giorgi Qulbani üçün isə 13 000 lari məbləğində girov müəyyən edilib.

Levan Maxaraşvili bildirib ki, məhkəmə bu qərarı təxminən bir saat əvvəl qəbul edib və saxlanılan şəxslər ailələri tərəfindən girov məbləği tam ödənildikdən sonra cəzaçəkmə müəssisəsini tərk edəcəklər.

Qeyd edək ki, Lentexi bələdiyyəsinin sabiq meri Gia Oniani, həmçinin Memarlıq və Nəzarət xidmətlərinin rəhbərləri Nuqzar Tvildiani və Giorgi Qulbaninin vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılması barədə məlumat fevralın 23-də yayılmışdı.

Bizimlə əlaqə saxlayın