24 
Fev
2026
20:58
294

Tualetdə doğuş edərək yeni doğulmuş körpəyə xəsarət yetirən şəxs saxlanıldı

Batumi şəhərində yerləşən “Medina” klinikasının sanitarı, tualetdə doğuş etdikdən sonra yeni doğulmuş körpəyə xəsarət yetirməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qadın polis şöbəsinə aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 11 prima, 19 və 109-cu maddələri ilə aparılır. Bu maddələr ailə üzvü olan yeni doğulmuş uşağa qarşı qəsdən adam öldürməyə cəhd ittihamını nəzərdə tutur.

Məlumata görə, Batumi Şəhər Məhkəməsi bu gün qadın barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmə prosesi qadının iştirakı olmadan keçirilib və iclasa hakim Viktor Metreveli sədrlik edib. İş üzrə növbəti – məhkəməyədək iclas 21 aprel saat 13:30-a təyin olunub.

Hadisə bazar günü sübh saatlarında baş verib. Klinikada sanitar işləyən qadın tualetdə doğuş edib və daha sonra yeni doğulmuş körpənin boyun nahiyəsinə xəsarətlər yetirib. Körpənin sağlamlıq vəziyyətinin ağır olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın