23 
Fev
2026
12:48
231

Kobaxidze: “Sıfır üstəgəl sıfır sıfıra bərabərdir – müxalifət necə birləşsə də nəticə dəyişməyəcək”

"İstənilən halda nəticə dəyişməyəcək."

InterPress.ge xəbər verir ki, bu barədə İrakli Kobaxidze müxalifətin mümkün birləşməsi ilə bağlı suala cavab olaraq bildirib.

Baş nazir qeyd edib ki, “sıfır üstəgəl sıfır sıfıra bərabərdir” və bu, sadə riyazi formuladır.

“Buradan belə nəticə çıxır ki, müxalifət necə birləşsə də, yenə də bu gün olduğu kimi qalacaq. Ümumilikdə müxalifət diskreditasiya olunub. Bununla hər şey deyilib. Onlar özləri bu vəziyyətə düşmələrinə şərait yaradıblar. O cümlədən sabotajla, parlamentə daxil olmamaqla və digər addımlarla. Xaricdəki himayədarları tərəfindən çoxlu yanlış addımlar atmağa sövq ediliblər. Buna görə də onların ölkəmizdə imici və reputasiyası sıfır səviyyəsindədir”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu vəziyyət müəyyən mənada müsbətdir, çünki radikal qüvvələr üçün sağlam demokratik sistemdə yer olmamalıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər