Gürcüstan qanunun aliliyi indeksində region üzrə birinci olub
Avropa Komissiyası tərəfindən yayımlanan və World Justice Project tərəfindən hazırlanmış Qanunun Aliliyi İndeksinə əsasən, Gürcüstan Şərqi Avropa və Mərkəzi Asiya regionunda birinci yeri tutub.
Tədqiqat çərçivəsində hüquq-mühafizə və güc strukturlarında korrupsiyanın səviyyəsinə dair qlobal reytinq də açıqlanıb. Sözügedən indikator polis əməkdaşları və cinayət araşdırmaçıların əsas polis xidmətlərini yerinə yetirərkən və ya cinayətləri araşdırarkən rüşvət tələb edib-etmədiyini və qəbul edib-etmədiyini, eləcə də polis və hərbi xidmətdə çalışan dövlət vəzifəlilərinin şəxsi maraqların və ya cinayətkar qrupların qeyri-qanuni təsirindən azad olub-olmadığını ölçür.
Gürcüstan 100 ballıq sistem üzrə 85 faiz nəticə göstərərək dünya üzrə 22-ci, Avropada isə ilk iyirmilikdə 16-cı yeri tutub. Gürcüstan Aİ-yə üzvlüyə namizəd olan bütün ölkələri, eləcə də Avropa İttifaqı və NATO üzvü olan 19 dövləti – o cümlədən ABŞ, İrlandiya, Litva, Latviya, Çexiya, Polşa, Xorvatiya, Sloveniya, Slovakiya, Yunanıstan, Kipr, Malta, Rumıniya, Macarıstan, Bolqarıstan, Monteneqro, Şimali Makedoniya, Türkiyə və Albaniyanı qabaqlayıb.
Avropada hüquq-mühafizə və güc strukturlarında ən aşağı korrupsiya göstəriciləri Finlandiya, Danimarka və Norveçdə qeydə alınıb. Ən yüksək korrupsiya səviyyəsi isə Ukrayna, Moldova və Rusiyada müşahidə olunub.
Qeyd edək ki, Avropa Komissiyasının yayımladığı hesabat ABŞ-da yerləşən World Justice Project təşkilatı tərəfindən hazırlanır.


