02 
Okt
2020
11:53
748

Qamğrelidze: "Evdə qalaq" şüarını artıq böyük şəhərlərdə istifadə edə bilərik"

"Evdə qalaq" şüarını artıq böyük şəhərlərdə istifadə edə bilərik".

InterPress.ge xəbər verir ki, bu barədə xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun bildirdiyinə görə, Acaradan sonra indi diqqət İmereti və Tbilisiyə yönələcək.

"İndi biz diqqətimizi daha çox İmeretiyə ayırırıq çünki orada 96 yeni yoluxma halı aşkarlanıb. Təbii ki, xüsusi diqqətlə Tbilisidə prevensiv tədbirlər həyata keçiririk.

Bilirsiniz ki, Batumidə müəyyən məhdudiyyətlər tətbiq etmişik. Kafe restoranlar barlar axşam saat 10 dan sonra işləmir bağlanır. Daxili nəqliyyatla hərəkət etmək qadağan edilib. Böyük şəhərlərdə Xüsusilədə həssas qrupların lazım olmadığı təqdirdə bayıra çıxmamağı üçün "Evdə qalın" şüarı yenidən qüvvəyə mindi.

Məsafənin qorunması mümkün olmadığı yerlərdə maska taxmaq lazımdır. Pandemiya qlobal olaraq genişlənməkdə davam edir və bundan irəli gələrək biz genişləndirilmiş prevensiv tədbirlər görməliyik. Bunun üçün əsas maska taxmaqdır çünki maska infeksiyanın yayılmasının qarşısını alan ən yaxşı vasitədir. Bu üzdən həm qapalı həmdə açıq məkanlarda maskadan istifadə etmək lazımdır", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın