15 
Fev
2026
22:10
185

Külli miqdarda narkotik dövriyyəsi ilə məşğul olan Moldova vətəndaşı saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə Moldova vətəndaşının saxlanıldığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Acarıstan Polis Departamentinin əməkdaşları 1977-ci il təvəllüdlü Moldova vətəndaşı İ.K.-nı xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və realizəsinə yardım göstərilməsi ittihamı ilə saxlayıblar.

Batumi şəhərində təqsirləndirilən şəxsin üzərində və müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı satış məqsədilə qablaşdırılmış 61 bağlama “metadon” narkotik vasitəsi maddi sübut kimi götürülüb. Mənzildən həmçinin narkotik vasitənin qablaşdırılması üçün istifadə olunan materiallar da aşkarlanaraq müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı prim maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın