Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Salome Zurabişvili: Hakimiyyət müxalifəti bölməyə çalışır

431
Salome Zurabişvili: Hakimiyyət müxalifəti bölməyə çalışır
Dinləmək üçün basın

"Müxalifət kifayət qədər möhkəm mövqedədir və onun siyasi partiya yaratmaq ambisiyası yoxdur."

"Müxalifət kifayət qədər möhkəm mövqedədir və onun siyasi partiya yaratmaq ambisiyası yoxdur."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Radio Palitra”nın efirində bildirib.

Zurabişvilinin sözlərinə görə, əsas məqsəd siyasi alternativin formalaşdırılmasıdır ki, həm cəmiyyət, həm də beynəlxalq tərəfdaşlar mümkün dəyişikliklər zamanı ölkədə sabitliyə kimin cavabdeh olacağını aydın görə bilsinlər.

O qeyd edib ki, mövcud hakimiyyət sabit görüntü yaratmır və tez-tez yeni qanunvericilik təşəbbüsləri, uzun televiziya çıxışları və daxili qarşıdurmalar fonunda daha çox isterik addımlar atır. Onun fikrincə, əsas problem ondadır ki, nə cəmiyyət, nə də tərəfdaşlar keçid dövründə məsuliyyəti üzərinə götürməyə hazır olan siyasi nüvəni görmürlər.

Zurabişvili vurğulayıb ki, o, siyasi partiya yaratmaq niyyətində deyil və öz rolunu vasitəçi, koordinator və cəmiyyətin səsini xaricə çatdıran şəxs kimi görür. Onun sözlərinə görə, partiya liderlərindən fərqli olaraq, o, konkret partiya maraqlarını deyil, ümumi birliyi təmsil edə bilər.

Keçmiş prezident əlavə edib ki, parlamentdə real və məzmunlu debatlar mövcud deyil və faktiki olaraq ölkədə birpartiyalı parlament formalaşıb. O, hakimiyyətin debat təşəbbüslərini daha çox siyasi görüntü yaratmaq cəhdi kimi qiymətləndirib.

Zurabişvili bildirib ki, müxalifətin bir hissəsinin debatlarda iştirak edib, digər hissəsinin etməməsi hakimiyyətin müxalifəti parçalamaq strategiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, “böl və hökm sür” prinsipi bir çox rejimlər tərəfindən istifadə olunan köhnə siyasi texnologiyadır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →