13 
Fev
2026
20:12
170

Aİ Komissiyası: Üzv dövlətlər Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılmasını dəstəkləyib

Aİ-yə üzv dövlətlər Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılmasına müsbət rəy veriblər.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Markus Lammer tin “Euractiv”ə açıqlama verib.

Onun sözlərinə görə, ötən ay Komissiya yeni viza dayandırma mexanizmi çərçivəsində prosedura başlayıb. Bu mexanizm diplomatik və rəsmi pasportlara malik Gürcüstan vətəndaşları üçün vizasız gedişin dayandırılmasını nəzərdə tutur. Həftənin əvvəlində üzv dövlətlər komitologiya proseduru çərçivəsində bu məsələ ilə bağlı müsbət qərar qəbul ediblər.

“Bu o deməkdir ki, Komissiya artıq icraedici tənzimləməni qəbul edə bilər. Növbəti addımlarla bağlı yenilikləri izləyin. Qərarın qəbul edilməsi məqsədini əldə etmişik və bu baş verən kimi ictimaiyyətə müvafiq məlumat veriləcək”, – deyə Lammer bildirib.

Slovakiya və Macarıstanın mümkün etirazlarının prosesə təsir edib-etməyəcəyi ilə bağlı suala cavabında isə o qeyd edib ki, yeni qaydalar məhz bu baxımdan əvvəlkilərdən fərqlənir.

“Qəbul edilən yeni qaydalar dayandırma mexanizminin bütün üzv dövlətlərdə vahid şəkildə tətbiqini təmin edir. Bu o deməkdir ki, qərar Aİ səviyyəsində qəbul edildikdə, diplomatik və xidməti pasport sahibləri üçün ikitərəfli vizasız güzəştlər artıq mümkün olmayacaq”, – deyə Avropa Komissiyasının sözçüsü vurğulayıb.

Bizimlə əlaqə saxlayın