Kanada və Fransa Qrenlandiyada konsulluqlar açıb
Kanada və Fransa Qrenlandiyada konsulluqlarını açıb.
InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanadanın xarici işlər naziri Anita Anand ölkəsinin konsulluğunu Nuuk şəhərində rəsmi olaraq açıb. O bildirib ki, bu gün bayrağın qaldırılması və konsulluğun rəsmi açılışı Kanada üçün xüsusi əhəmiyyət daşıyır və bu addım bir çox məsələlərdə Qrenlandiya və Danimarka xalqının yanında olduqlarını göstərir.
Fransa Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Jan-Noël Poirier Qrenlandiya ilə mədəni, elmi və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də yerli hakimiyyət orqanları ilə siyasi əlaqələrin gücləndirilməsinə cavabdeh olacaq.
Məlumata görə, Fransa Avropa İttifaqına üzv ölkələr arasında Qrenlandiyada baş konsulluq açan ilk dövlət olub.


