Hökumət “Gürcüstanın İqtisadi İnkişaf Bankı”nın yaradılmasını planlaşdırır
Hökumət "Gürcüstanın İqtisadi İnkişaf Bankı" nın yaradılmasını planlaşdırır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulan Gürcüstan Hökumətinin qanunvericilik fəaliyyətinin qısamüddətli planında qeyd olunub.
Sənədə əsasən, yaradılması nəzərdə tutulan yeni maliyyə institutu kommersiya bankları üçün xarakterik olan və Gürcüstan Milli Bankının lisenziyasını tələb edən bank fəaliyyətlərini həyata keçirməyəcək.
Hökumətin sərəncamında bildirilir ki, Gürcüstan hökuməti adında “bank” termini istifadə edilən “Gürcüstanın İqtisadi İnkişaf Bankı”nın təsis edilməsini planlaşdırır və bu qurum kommersiya bankları üçün müəyyən edilmiş, milli bankın lisenziyasını tələb edən bank əməliyyatlarını icra etməyəcək. Bununla əlaqədar olaraq, “Kommersiya banklarının fəaliyyəti haqqında” Gürcüstan qanununa müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.


