İrakli Kobaxidze GCC-nin baş katibi ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Kobaxidze Körfəz Əməkdaşlıq Şurasının (GCC) baş katibi Jassem Mohammed AlBudaiwi ilə görüş keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.
Administrasiyanın yaydığı məlumata görə, baş nazir AlBudaiwi GCC-nin baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Gürcüstan ilə Körfəz Əməkdaşlıq Şurası arasında mövcud əlaqələr müzakirə olunub. Qeyd edilib ki, bu münasibətlərin daha da dərinləşməsinə Şura ilə azad ticarət sazişinin imzalanması töhfə verə bilər. Tərəflər müvafiq danışıqların başlanması ilə bağlı yaxın vaxtlarda müsbət qərarın qəbul olunacağına ümid ifadə ediblər.
Dubayda, Dünya Hökumətləri Sammiti çərçivəsində baş tutan görüşdə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolian də iştirak ediblər.


