Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Tbilisi Dövlət Universiteti qarşısında etiraz aksiyası keçirilir, tələbələr Texniki Universitetə doğru yürüşə başlayıblar

246
Tbilisi Dövlət Universiteti qarşısında etiraz aksiyası keçirilir, tələbələr Texniki Universitetə doğru yürüşə başlayıblar
Dinləmək üçün basın

Tbilisi Dövlət Universitetinin (TDU) birinci korpusu qarşısında etiraz aksiyası keçirilir.

Tbilisi Dövlət Universitetinin (TDU) birinci korpusu qarşısında etiraz aksiyası keçirilir.

InterPress.ge xəbər verir ki, aksiyada TDU və Gürcüstan Texniki Universitetinin (GTU) tələbələri, eləcə də vətəndaş fəalları iştirak edir.

Etirazçılar təhsil naziri Givi Mikanadzenin Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi ilə bağlı açıqlamasına etiraz edirlər. Tələbələr bildirirlər ki, elan olunan təhsil islahatı təhsil sisteminə zərər vurur.

Aksiya iştirakçılarının sözlərinə görə, hakimiyyətin əsas məqsədi kadrların ixtisarı və hökumətə tənqidi yanaşan müəllimlərin vəzifələrindən uzaqlaşdırılmasıdır. Etirazçılar hakimiyyəti tələbə və müəllimlərin iradəsini nəzərə almağa çağırır və TDU ilə GTU-nun birləşdirilməsi barədə qərarın geri götürülməsini tələb edirlər.

TDU-nun birinci korpusu qarşısında toplaşan tələbələr universitetin rektoru Jaba Samuşia ilə görüş tələb ediblər. Onların fikrincə, rektor universiteti dövlət müdaxiləsindən qorumağa borcludur. Aksiya iştirakçıları bildiriblər ki, Jaba Samuşia tələbələrlə görüşməyənədək etiraz davam edəcək.

Eyni zamanda, Tbilisi Dövlət Universitetinin birinci korpusu qarşısında toplaşan tələbələr yürüşə başlayaraq Gürcüstan Texniki Universitetinin beşinci korpusu istiqamətində hərəkət ediblər. Tələbələrin sözlərinə görə, onlar GTU qarşısında keçirilən aksiyaya qoşularaq elan olunan təhsil islahatına qarşı etirazı birlikdə davam etdirəcəklər.

Qeyd edək ki, etiraz aksiyaları təhsil naziri Givi Mikanadzenin Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin birləşdirilməsi ilə bağlı bəyanatına qarşı keçirilir və tələbələr tələbləri yerinə yetirilənədək etirazın davam edəcəyini Tbilisi Dövlət Universiteti qarşısında etiraz aksiyası keçirilir, tələbələr Texniki Universitetə doğru yürüşə başlayıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →