28 
Yan
2026
13:24
292

Qardabanidə sərxoş sürücü piyadanı vuraraq öldürdü – sürücü saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qardabani bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar sərxoş vəziyyətdə avtomobil idarə edərək piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin bildirdiyinə əsasən, Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyatın hərəkət təhlükəsizliyi qaydalarının pozulması nəticəsində insan həyatının itirilməsinə səbəb olma maddəsi ilə 1992-ci il təvəllüdlü M.M.-ni isti izlərlə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, cari ilin 27 yanvar tarixində Qardabani bələdiyyəsində sərxoş vəziyyətdə olan sürücü minik avtomobili ilə piyada hərəkət edən 2007-ci il təvəllüdlü A.K.-ni vurub. Alınan ağır xəsarətlər nəticəsində yeniyetmə hadisə yerində həyatını itirib.

Hüquq-mühafizə orqanları yol-nəqliyyat hadisəsini törədən sürücünü dərhal saxlayıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi üzrə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər