Gürcüstan parlamenti plenar iclas formatında 2026-cı il dövlət büdcəsinə nəzərdə tutulan dəyişiklikləri müzakirə edir. Büdcə dəyişiklikləri layihəsini parlament üzvlərinə maliyyə naziri Laşa Xutsişvili təqdim edir.
InterPress.ge xəbər verir ki, sessiya başlamazdan əvvəl 2026-cı il büdcəsinə dəyişikliklərin yenidən işlənmiş variantı parlamentin Maliyyə-Büdcə Komitəsində müzakirə olunub.
Maliyyə Nazirliyinin məlumatına görə, layihənin yenilənmiş variantında Gürcüstanın Milli Statistika Xidmətinin 2025-ci ilin ümumi daxili məhsuluna dair dəqiqləşdirilmiş məlumatları əksini tapıb.
Bununla əlaqədar, 2026-cı ildə nominal ümumi daxili məhsulun (ÜDM) həcmi 120 milyard larini ötüb. Birləşdirilmiş büdcənin kəsiri ÜDM-in 1,3 faizindən 1,2 faizinə, dövlət borcunun ÜDM-ə nisbəti isə 30 faizə qədər azalıb.
Komitənin iclasında bildirilib ki, büdcənin xərc hissəsində bir sıra dəyişikliklər edilib. Belə ki, “2026-cı il dövlət büdcəsi haqqında” qanunla parlament üçün nəzərdə tutulmuş ayırmaların həcmi 10 milyon lari azaldılıb. Bu dəyişiklik parlamentin qərarı əsasında həyata keçirilib.
Həmçinin Ədliyyə Nazirliyinin büdcə ayırmaları da azaldılıb. Azaldılan məbləğ təxminən 4 milyon 700 min laridir.
