“Gürcüstanda kazinolar uzun illərdir fəaliyyət göstərir və bu sektor, o cümlədən, turizmin müəyyən tərkib hissəsidir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Hökumət başçısının sözlərinə görə, bu sektora kəskin müdaxilə ölkə iqtisadiyyatı və turizm üçün fundamental problemlərə səbəb olacaq.
“Gürcüstanda kazinolar uzun illərdir fəaliyyət göstərir və bu sektor, o cümlədən, turizmin müəyyən tərkib hissəsidir. Bu sahə belə inkişaf edib. Buna görə də sektora birdən-birə və kəskin şəkildə müdaxilə etmək ölkə iqtisadiyyatı və turizm üçün prinsipial və fundamental problemlərə səbəb olacaq.
Patriarxlığa gəlincə, biz Patriarxlıqla daim əlaqə saxlayırıq və bu baxımdan heç bir problemimiz yoxdur”, – Baş nazir bildirib.
