24 
Yan
2026
18:13
229

Human Rights Watch: Gürcüstan hakimiyyəti yeni məhdudlaşdırıcı tədbirlərdən dinc etirazçıların özbaşına saxlanılması üçün istifadə edir

"Gürcüstan hakimiyyəti yeni qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərdən dinc nümayişçilərin özbaşına saxlanılması üçün istifadə edir. Bu isə ölkədə etiraz etmək hüququnun həyata keçirilməsini çətinləşdirir və təhlükəli edir."

InterPress.ge xəbər verir ki, bu barədə Human Rights Watch təşkilatının yaydığı məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, 2025-ci il 12 dekabr tarixində “Yığıncaq və manifestasiyalar haqqında” qanuna edilmiş dəyişikliklər polisə yol və piyada zonalarında, o cümlədən səkilərdə etiraz aksiyalarını məhdudlaşdırmaq üçün geniş səlahiyyətlər verir, itaətsizliyə görə isə ağır cərimələr nəzərdə tutur.

Human Rights Watch-un məlumatına görə, qanun qüvvəyə mindikdən sonra etirazçılara qarşı onlarla iş başlanılıb. Bu işlərə parlament yaxınlığında səkidə sadəcə dayanmağa görə açılan inzibati və cinayət işləri də daxildir ki, bu da səlahiyyətlərdən sui-istifadə və Gürcüstanın insan hüquqları üzrə beynəlxalq öhdəliklərinin pozulması ilə bağlı ciddi narahatlıq yaradır.

Human Rights Watch-un Avropa və Mərkəzi Asiya bölməsi direktorunun müavini Giorgi Gogia bildirib ki, bu dəyişikliklər polisə təhlükəli dərəcədə geniş səlahiyyətlər verir və hüquq-mühafizə orqanları faktiki olaraq özləri müəyyən edirlər ki, nə vaxt, harada və ümumiyyətlə insanların etiraz etməsinə icazə verilsin, ya yox.

“Görünən odur ki, qanun özbaşına şəkildə, dinc ifadə azadlığını və tənqidi səsləri boğmaq məqsədilə tətbiq olunur. Bu tədbirlər ictimai asayişi qorumağa deyil, fərqli fikirləri susdurmağa xidmət edir”, – deyə Human Rights Watch-un nümayəndəsi vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər